Türkiyəli rejissorun filmi fransız tənqidçiləri və tamaşaçıları tərəfindən rəğbətlə qarşılandı

Fransada Kann Film Festivalı yanında keçirilən "Tənqidçilər Həftəsi"  müsabiqəsinin tammetrajlı film kateqoriyasında yarışan türkiyəli rejissor Mehmet Can Mertoğlunun "Albom" filmi tənqidçilərin və tamaşaçıların böyük marağına səbəb oldu.

493288
Türkiyəli rejissorun filmi fransız tənqidçiləri və tamaşaçıları tərəfindən rəğbətlə qarşılandı

 Bir ailənin hazırladığı  fotoalbomla  uşaqlarının övladlıq olduğunu gizlətməyə çalışmasından, cəmiyyətdəki qərəzləri münasibətlərdən bəhs edən və bürokratiyanı mühakimə edən film Mertoğlunun ilk tammetrajlı filmidir.
 
 Mertoğlu ssenarisini də özünün yazdığı filmi haqqında tənqidçilərin verdikləri rəylərin çoxunun müsbət olduğunu bildirdi.
 
Türkiyəli rejissor : " İlk  filmimin Kannda göstərilməsi mənim üçün fəxredici bir hadisədir. Filmimin bəyənilməsi məni çox sevindirir" dedi.
 
 Övladlığa götürülən uşaqların yaşadığı çox faciəli hadisələr gördüyünü söyləyən Mertoğlu: "Bir uşağa sahib çıxmaq çox gözəl  şeydir. Filmim  bu məsələnin cəmiyyətdə müzakirə obyektinə çevrilməsinə səbəb olsa, çox sevinərəm" dedi.
 
 Fransız Kinomatoqrafiya Tənqidçiləri Assosiasiyasının təşkil etdiyi "Tənqidçilər Həftəsi" müsabiqəsinə ilk,və ya ikinci tammetrajlı filmlərini çəkən rejissorlar dəvət edilir.
 
Müsabiqənin mükafat mərasiminin mayın 20-də keçirilməsi planlaşdırılır.



Әlaqәli Xәbәrlәr