Türkiyənin məşhur "Qaragöz"ü Bakıda kiçik tamaşaçıları sevindirəcək

Azərbaycanın Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı kiçik tamaşaçılarını daha bir səhnə sürprizi ilə sevindirəcək.

492703
Türkiyənin məşhur "Qaragöz"ü Bakıda kiçik tamaşaçıları sevindirəcək

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumatına görə, mayın 19-u saat 14:00-da teatrın səhnəsində Türkiyənin məşhur türk kölgə oyunu "Qaragöz" tamaşası nümayiş olunacaq.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, UNİMA Azərbaycan Milli Mərkəzinin təşəbbüsü və Azərbaycan Dövlət Kukla Teatrının təşkilatçılığı ilə baş tutacaq tamaşanı Bakıdakı bir neçə internat və uşaq evlərinin balaca teatrsevərləri izləyəcəklər.

Qeyd edək ki, təxminən 7 əsr bundan əvvəl Türkiyədə məscid inşa edən iki ustanın - Qaragöz və Hacıvartın həyatından bəhs edən "Qaragöz" tamaşası Azərbaycanda bundan əvvəl də nümayiş etdirilib və hər dəfə tamaşaçıların rəğbətini qazanıb.



Әlaqәli Xәbәrlәr