TRT  növbəti böyük layihəyə imza atdı.

Türk tarix və mədəniyyət dəyərlərini dünyaya tanıtmaq üçün hazırlanan "Zümrüdü Simurq"  müzikli sənətsevərlərlə görüşdü.

485849
TRT  növbəti  böyük layihəyə imza atdı.


 Son texnologiya ilə həyata keçirilən işıq, səs və səhnə dizaynı ilə gözləri qamaşdıran müzuklin qalası İstanbulda keçirildi.
 
 Hər dəfə küllərindən yenidən doğulan əfsanəvi "Zümrüdü Simurq"  bir mədəniyyət müziklinə çevrildi.
 

Müzikldə Türk tarixi və mədəniyyəti Türk xalq musiqisindən tutmuş caz janrınadək geniş repertuarla, musiqinin birləşdirici gücü ilə təsvir olunur.
 
Müzikl Türkiyə Prezident Aparatının himayəsi altında, 180 insanın əməyi ilə əarsəyə gəldi.
 
 Müzikli 106 nəfərlik aktyor heyəti canlandırdı.
 
35 min süni tükdən hazırlanmış ana səhnə  pərdəsi  16 projektor vasitəsilə salonun divarlarında əks etdirildi.
 
 Türk musiqisinin ən görkəmli və tanınmış əsərlərinin səsləndirildiyi "Zümrüdü Simurq" Türkiyədən sonra  dünya səhnələrinə çıxacaq.
 
 80 dəqiqəlik müzikl  Musa Köçkünün dirijorluğu ilə "Mədəniyyətin müzukli" başlığı ilə təqdim olundu.

 

 

 



Әlaqәli Xәbәrlәr