"Uçan Süpürgə" 19-cu dəfə havaya qalxdı

Türkiyənin paytaxtı Ankarada bu il "Sevgi Nəydi"? mövzusu altında keçirilən "19-cu Uçan Süpürgə Beynəlxalq Qadın Filmləri Festivalı" başladı.

484941
"Uçan Süpürgə" 19-cu dəfə havaya qalxdı

 
 Qadın rejissorların kinomotoqrafiya sahəsindəki işlərini sərgiləyən  festival Kızılırmak kinoteatrında "Bağlar", "Şimal Bölgəsi" və "Vankın Uşaqları" filmlərinin nümayişi ilə açıldı.
 
 Diyarbəkirdə Bağlar Bələdiyyəsi Basketbol Komandasının oyunçuları, məşqçilərindən, onların yaşadıqları şəhər, küçələr, dövlət və regiondakı siyasi gündəmlə münasibətlərindən bəhs edən, ssenarisi və rejissor işi Berkə Baş və Melis Birderə aid "Bağlar" filmi festivalın ilk filmi oldu. Məşhur alman rejissoru Monika Treutun bu il Berlinaledə ilk dəfə nümayiş olunan "Şimal Bölgəsi" (Zona Notre) isə festivalın ikinci filmi oldu.
 Rejissor Nezahat Gündoğanın "Vankın uşaqları" filmi Festivalın üçüncü filmi oldu.

 Dövlət Opera və Balet Teatrında mayın 6-da keçiriləcək açılış mərasimində  "Uçan Süpürgə Şərəf Mükafatı"nı kinematoqrafçı Selda Alkor alacaq.
 
 "Bilge Olgaç Uğur Mükafatı"nı kinodokumentalist Bingöl Almaz, görüntü rejissoru Məryəm Yavuz və səs rejissoru Tülay Bursa bölüşəcəklər.
 
 Festivalın bu ilki "Mövzu Mükafatı" isə Diyarbəkir partlayışında iki ayağını itirən gənc rejissor Lisan Çalana təqdim ediləcək.
 
 Festivalda qadın rejissorlara aid filmlər Kızılirmak kinoteatrlnda ankaralı tamaşaçılarla görüşəcək. Bağlanış mərasimi ilə "Fıpreci Mükafatı" alacaq filmin nümayişi də mayın 12-də eyni yerdə olacaq.

 



Әlaqәli Xәbәrlәr