Ankara Beynəlxalq Film Festivalı

Bu il təşkil olunacaq 27-ci "Ankara Beynəlxalq Film Festivalı" uzun, qısa və sənədli film mükafatlarında iştirak edəcək münsiflərin adları açıqlanıb.

464294
Ankara Beynəlxalq Film Festivalı

"Ən Yaxşı Film", "Mahmud Tali Öngörən Xüsusi Mükafatı", "Onat Kutlar Ssenari Mükafatı" üçün yarışacaq olan 10 uzun metrajlı filmi qiymətləndirəcək münsif heyətinin rəhbəri rejissor Erden Kıral olacaq.

Beynəlxalq Uzun Yarışı münsifində aktyor Mehmey Aslantuğ, Ayça Damgacı, Marmara Universiteti Radio TV Sinema şöbəsinin rəhbəri Şüktan Esen ilə film tənqidçisi və yazıçı Fatih Özgüven iştirak edəcək.

Ümumi olaraq bütün filmlərin yarışacağı "Ən Yaxşı" mükafat üçün siyahıda 30 qısa metrajlı film var. 5000 Türk lirası mükafatta layiq görülck film, rejissor Nesimi Yetikin rəhbərlik etdiyi münsiflər heyəti tǝrǝfindǝn müǝyyǝnlǝşdirilǝcǝk​.

Aparıcılığını Fulya Akbuganın etdiyi gecənin sonunda məhşur caz ifaçısı Su İdil səhnəyə çıxacaq.



Әlaqәli Xәbәrlәr