Beynəlxalq Kənd Təsərrüfatı sərgisi Konya şǝhǝrindǝ açıldı

Konya şǝhǝrindǝ 14-cü Beynəlxalq Kənd Təsərrüfatı sərgisi Gömrük və Ticarət naziri Bülənd Tüfenkcinin də iştirak etdiyi bir mərasimlə açılıb.

457113
Beynəlxalq Kənd Təsərrüfatı sərgisi Konya şǝhǝrindǝ açıldı

Konya şǝhǝrindǝ 14-cü Beynəlxalq Kənd Təsərrüfatı sərgisi Gömrük və Ticarət naziri Bülənd Tüfenkcinin də iştirak etdiyi bir mərasimlə açılıb.

Türkiyənin ən böyük, Avropanın isə üçüncü böyük sərgisindǝ 21 ölkədən 1200 marka ilə 394 firma iştirak edir.

Açılış mərasimində çıxış edǝn nazir Tüfenkci Konya şǝhǝrinin xarici ticarətdə ilk beş şǝhǝr sırasına daxil olmasının ǝsas hǝdǝflǝrindǝn biri olduğunu vurğulayaraq, bu gücün Konyada artıqlaması ilə mövcud olduğunu deyib.

Dünyada 2,5 milyard insanın kǝnd tǝsǝrrüfatı ilǝ yaşayışını tǝmin etdiyini, ancaq hazırda aqrar məhsuldarlığın azalmağa başladığını vurğulayan Tüfenkci Dünya Bankının məlumatlarına görə, əsas taxıllarda illik orta məhsuldarlığın artımının artan əhali sürətindǝn geridǝ qaldığını deyib.

Buna görǝ kənd təsərrüfatı texnologiyasına əhəmiyyət verdiklərini bildirǝn Tüfenkci müasir texnologiya ilǝ dünyanın istədiyi standartda məhsul əldə etməyi planlaşdırdıqlarını qeyd edib.

Sərginin açılışından sonra nazir Tüfenkci müşayiǝtindǝ heyətlə sərgi sahəsini gəzib.

Sərgi martın 27-dǝk açıq olacaq.



Әlaqәli Xәbәrlәr