Tanınmış aktrisa vǝ qızı Bakı Dövlət Universitetində tələbələrlə

Tanınmış aktrisa Türkan Şoray və qızı Yağmur Ünal Bakı Dövlət Universitetində tələbələrlə görüşüb.

361115
Tanınmış aktrisa vǝ qızı Bakı Dövlət Universitetində tələbələrlə

Tanınmış aktrisa Türkan Şoray və qızı Yağmur Ünal Bakı Dövlət Universitetində tələbələrlə görüşüb.
Görüş Yunus Əmrə İnstitutunun dəstəyi ilə təşkil olunub.
Görüşdə Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov çıxış edərək Türkan Şorayın bütün dünyada kinosevərlər tərəfindən yaxşı tanındığını söyləyib. “Onun əsli-kökü Azərbaycandandır. O, bizim qəlbimizdə yaşayan sənətkardır. Türkan xanım kino aləmində özünü təsdiqləmiş sənət adamalarındandır. Bir sözlə o, öz sənətinin sultanıdır”.
Sonra BDU-nun rektoru Abel Məhərrəmov Türkan Şoraya “Universitetin ən böyük dostu” mükafatını, qızı Yağmur Ünala isə universitetin gümüş medalını təqdim edib.
T.Şoray deyib: “Bir az əvvəl göz yaşlarımı saxlaya bilmədim. Mənə bu xoşbəxt hissləri yaşatdığınıza görə çox sağ olun”.
Sonda tələbələrin sualları cavablandırılıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr