TRT-nin III Beynəlxalq Media Seminarı başladı

47 ölkənin jurnalistləri Antalyada bir araya gələcək.

401216
TRT-nin III Beynəlxalq Media Seminarı başladı

  TRT-nin təşkilatçılığı ilə hər il ənənəvi olaraq keçirilən, bu il 7-14 dekabr tarixləri arasında 3-cüsü olacaq Beynəlxalq Media Seminarına 47 ölkədən 115 jurnalist gəlir.

  Seminarda bütün dünyada yayımlanan TRT-nin televiziya, radio, xəbər, yeni media, arxiv və elm texnologiyası sahələrindəki 51 illik təcrübəsi və missiyası haqqında məlumat veriləcək, eyni zamanda, bu mövzular dünya təcrübəsilə müqayisəli şəkildə müzakirə olunacaq.

  TRT və xarici ölkələrdən olan mütəxəssislər media sahəsinin ən son yeniliklərilə bağlı təqdimatlar keçirəcək.

  Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim ediləcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr