TRT daha bir beynəlxalq tədbirə ev sahibliyi edir

47 ölkənin jurnalistləri Antalyada bir araya gələcək.

400531
TRT daha bir beynəlxalq tədbirə ev sahibliyi edir

TRT-nin təşkilatçılığı ilə hər il ənənəvi olaraq keçirilən 3-cü beynəlxalq media seminar proqramı 7-14 dekabr 2015-ci il tarixləri arasında öz işinə başlayacaq.
Tədbirə Asiya, Afrika, Orta şərq və Balkanlar başda olmaqla 47 ölkədən 115 media təmsilçisi qatılacaq.
Seminarda bütün dünyada yayımlanan TRT-nin televiziya, radio, xəbər, yeni media, arxiv və elm texnologiyası sahələrindəki 51 illik təcrübəsi, viziyonu və missiyası haqqında məlumat veriləcək.
Seminar çərçivəsində “televiziya və radio yayımı, xəbər-tədris, yeni media, arxiv və elm texnologiyaları” proqramları müzakirə olunacaq.
TRT-dən və xarici ölkələrdən olan mütəxəssislər media sahəsində baş verən ən son yeniliklər haqqında təqdimatlar keçirəcək.
Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr