Antalyada Film Festivalı başlayır

Beynəlxalq Antalya Film Festivalı filmsevərlərlə görüşə hazırlaşır.

415927
Antalyada Film Festivalı başlayır

Noyabrın 29-dan dekabrın 6-dək keçiriləcək festival 52-ci dəfə təşkil olunacaq.
Avropa və Asiyanın ən köklü, Türkiyənin isə ən uzun nəfəsli film festivalı 101 illik türk film tarixinin böyük bir hissəsinə şahidlik edir.
Festivalın beynəlxalq müsabiqə kateqoriyasında 10, milli müsabiqə hissəsində isə 12 film nümayiş olunacaq.
Milli müsabiqə kateqoriyasında mübarizə aparacaq filmlər və rejissorların adı belədir:
“Arama Moturu – Atalay Taşdiken, Artık hayallerim var-Nefin Dinç, Çırak Emre Konuk, Kalandar Soğuğu-Mustafa Kara, Kümes-Ufuk Bayraktar, Misafir-Mehmet Eryılmaz, Muna-Serdar Gözelekli, Pia-Erdal Rahmi Hanay, Rüzgarın Hatıraları-Özcan Alper, Saklı-Selim Evci, Sarmaşık-Tolga Karaçelik, Takım: Mahalle Aşkına-Emre Şahin” .
Bundan başqa festivalda 10 filmdən ibarət olan qısa və 12 filmdən ibarət sənədli film seçimi sənətsevərlərin ixtiyarına veriləcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr