Türkiyəli rejissorun filminin növbəti beynəlxalq mükafatı

Türkiyəli rejissor Dəniz Qamze Ergüvenin "Mustanq" filmi Avropa Parlamentinin LUX kino mükafatını aldı.

422667
Türkiyəli rejissorun filminin növbəti beynəlxalq mükafatı

AP-nin Strasburq  iclasında keçirilən mərasimdə mükafata Türkiyə, Almaniya və Fransanın birgə istehsalı olan "Mustanq"ın layiq görüldüyü bildirildi.

2015-ci ilin ən çox danışılan filmlərindən biri olan "Mustanq" müsabiqədəki rəqibləri "Mediterranea və  "Urok"u geridə qoyaraq ilin ən yaxşısı seçildi.

Mükafatı AP prezidenti Martin Schulzun əllərindən alan filmin rejissoru Dəniz Qamze Ergüven: "Mustanq  Avropa İttifaqının ideallarını təmsil edir" dedi.

Fransanın Xarici Dildə Ən Yaxşı Film nominasiyasında Akademiya Mükafatına namizəd olan "Mustanq"ın ssenarisi Qara Dənizdə bir sahil qəsəbəsində nənələrinin yanında böyüyən 5 bacının məruz qaldığı ictimai təzyiq və azadlıq axtarışları barəsindədir.

Film Kannda Avropa Kinosu Label Mükafatına də layiq görülmüş və 21-ci Sarayevo Film Festivalında "ən yaxşı film" böyük mükafatını və "ən yaxşı aktrisa" mükafatını qazanmışdı.

Lux Kino Mükafatı Avropa mövzulu filmləri təşviq etmək üçün hər il AP tərəfindən verilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr