Malatya beynəlxalq film festivalı başa çatıb

Festivalda qonaqlar bu dəfə qara xalça üzərindən keçiblər.

365702
Malatya beynəlxalq film festivalı başa çatıb

Mərasimdə, terror hücumları ilə əlaqədar sənətkarlar və digər qonaqlar qırmızı əvəzinə qara xalça üzərindən keçiblər. Açılış mərasimində çıxış edən festivalın rejissoru Hüsey Namiq İldırım Malatya beynəlxalq film festivalının xoş ovqatla yola saldıqlarını bildirib.  
Beynəlxalq festivalda uzunmetrajlı film nominasiyasında “ən yaxşı film” mükafatı “Free in Deed”ə, qısametrajlı film nominasiyasında isə “Güneh” və “Salı” filmələrinə tqədim olunub. Ən yaxşı flim mükafatına Faruk Hacıhafizoğlunun çəkdiyi “Kar Korsanları” filmi layiq görülüb.
Ən yaxşı qadın aktrisa mükafatı “Nəfəsim kəsilənə qədər” filmindəki performansı ilə Esme Madra və “Çekmeceler” filmindəki rolü ilə Ece Dizdar arasında qərarlaşıb.
Ən yaxşı kişi aktyor mükafatı isə “Qəssab havası” filmindəki rolü ilə İnanç Konukçu və “Eksik Sarmaşıq”filmindəki performansı ilə Özgür Emre Yıldırıma təqdim olunub.
Ən yaxşı ssenari mükâfatına “Eksik” filminin ssenaristləri Mehmet Kala və Şərəf Nokta layiq görülüb.
SİYAD xüsusi mükafatına layiq görülən “Abluka” filminin rejossoru Emin Alper isə ən yaxşı rejissor adını qazanıb. Festivalda ilk dəfə Netpac mükafatı da verilib.
Malatyalı film aktyoru mərhum kamal Sunalın xatirəsinə həasr olunan Kemal Sunal xalq münsif mükafatı “Yarım” filminə verilib.
“Fəxri Kayahan” ən yaxşı film musiqisi mükafatına isə “Çekmeceler” filminin musiqi tərtibatçısı Həsən Özsüt layiq görülüb.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr