Türk filmi "New York Masalı"ABŞ-da çəkilişǝ davam edir

Film vǝtǝndǝn uzağda yaşayan Türklərin qarşılaşdığı adaptasiya problemlərini göz önünə sərir

415216
Türk filmi "New York Masalı"ABŞ-da çəkilişǝ davam edir


Amerika Birləşmiş Ştatlarında tamamı çəkiləcǝk ilk Türk filmi "New York Masalı" çəkilişǝ davam edir.

Fevral ayında Türkiyə və Avropa ölkǝlǝrindǝ nümayişə girməsi gözlənilən romantik komediya filminin bəzi səhnələri Manhattandakı məşhur Central Parkda çəkildi.

Filmin ekipajı ABŞ-da yaşayan və fəaliyyət göstərən təhsil almış Türklərdǝn ibarətdir. Doğan Özmekin rejissoru olduğu filmin ssenarisi isə Nilüfer Yenidoğana aiddir.

Film həyatını dəyişdirmək istəyən qadın personaj ilə həyatına son verməyə çalışan kişi personajın təsadüfən qarşılaşmasıyla başlayan bir eşq hekayəsindǝn ibarǝtdir.

Uzun zamandır Los Angeles və New Yorkda yaşadığını və bu səbəblə filmǝ vǝtǝndǝn uzağda yaşayan türklərin qarşılaşdığı adaptasiya problemlərini dǝ əlavə etdiyini ifadə edən Yenidoğan,

'' ABŞ-da yaşayan Türkləri araşdırma şansım oldu. Filmdə keçən bəzi hadisələr dǝ mənim başımdan keçən şeylərdir "dedi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr