Ayasofiya-nı 3 milyona yaxın insan ziyarət edib

İlin ilk 9 ayı ərzində muzeyə 2 milyon 782 min 794 nəfər baş çəkib.

364124
Ayasofiya-nı  3 milyona yaxın insan ziyarət edib

İstanbuldakı Ayasofiya müzeyi daha çox turist qəbul etdiyinə görə Türkiyədə birici yerdə olub.
İlin ilk 9 ayı ərzində muzeyə 2 milyon 782 min 794 nəfər baş çəkib.
Ayasofya Muzeyindən sonra 2 milyon 634 min 827 turistlə növbəti sırada İstanbuldakı Topkapı Sarayı gəlir.
Konyadakı Mövlanə Muzeyi də 1 milyon 806 min 549 ziyarətçi ilə üçüncü yerdə qərarlaşıb.
Muzey və ziyarətçi sayında il ərzində İstanbul birinci, Nevşəhər ikinci, Konya isə üçüncü sırada yer alıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr