Türk oğlu Almaniyanın Ədəbiyyat Mükafatına layiq görüldü

Türk əslli 50 yaşlı almaniyalı yazıçı Feridun Zaimoğlu 2016 Berlin Ədəbiyyat Mükafatını qazanıb.

390567
Türk oğlu Almaniyanın Ədəbiyyat Mükafatına layiq görüldü

  Münsiflər Zaimoğlunun dramatik əsərlərindəki maraqlı izahat qabiliyyətinə görə bu mükafata layiq gördüklərini deyiblər.

  F.Zaimoğlu 17 fevral 2016-cı ildə keçiriləcək mərasimdə 30.000 avro pul mükafatını da alacaq.

  Hekayə, roman, pyes və digər janrlarda yazan Feridun Zaimoğlu vizual incəsənətlə da məşğuldur.

  Zaimoğlu 1995-ci ildən bu yana müasir alman ədəbiyyatının tanınmış insanlarından biri sayılır.

  Əsərlərinin ana xəttini təşkil edən Almaniyadakı ikinci və üçüncü nəsil türk immiqrantlarının taleyi mövzusu onun ilk kitabı "Kafa örtüyü" əsərindən başlayır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr