Antik Teatrda 15-ci Side Dünya Müsiqiləri Festivalı

15-ci Side Dünya Müsiqiləri Festivalı Antalya Dövlət Simfonik Orkestrinin Side Antik Teatrında verilən konsertilə başlayıb.

390051
 Antik Teatrda 15-ci Side Dünya Müsiqiləri Festivalı

  Manavgat Bələdiyyəsi tərəfindən təşkil edilən festivalın Murat Göktaşın dirijorluğu ilə açılış konsertində solistlər Tuncay Kemer və Melodi Kemer çıxış ediblər.

  Təxminən 1,5 saat davam edən konsertdə antik teatrı dolduran yerli və xarici tamaşaçılar sənətçiləri ayaq üstündə alqışlayıblar.

  15-ci Side Dünya Müsiqiləri Festivalında həm də Antalya Opera Orkestri, “Golden Horn Brass” qrupu, Anjelika Akbar və Hakan Aysev, Enbe Orkestri və “Ramona Carr-Jazz Sextet” konsert proqramı ilə çıxış edəcəklər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr