Terror təşkilatı antik şəhər Palmiranı məhv etmǝyǝ davam edir

2000 illik mǝdǝniyyǝt mirası havaya uçdu antik şəhər yerlə-yeksan oldu

387648
Terror təşkilatı antik şəhər Palmiranı məhv etmǝyǝ davam edir


Terror təşkilatı DEAŞ-ın  Suriyanın antik şəhəri Palmiranı məhv etmǝyǝ davam edir.

Terror təşkilatı son hücumlarda şəhərdəki 2000 illik mǝdǝniyyǝt mirası Zǝfǝr tağını havaya uçurdu. 

Şəhərin məşhur sütunlu prospektində olan mǝdǝniyyǝt mirası  Roma dövrünə aid idi.

Palmiranı may ayında ələ keçirən terror təşkilatı DEAŞ daha əvvəl şəhərdəki iki məbədi yıxmış , üç tarixi  məzarı havaya uçurmuşdu.

Palmira şəhəri YUNESKO-nun dünya mirası siyahısında yer alır.

2011-ci ildə başlayan vətəndaş müharibəsi əvvəli Palmiranı hər il 150000-dən çox turist ziyarət edirdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr