Müsəlman turistlər İstanbul və Antalyaya üstünlük verirlər

Sinqapurda yerləşən Müsəlman səyahət araşdırma mərkəzləri Crescentrating və Mastercardın hazırladıqlarıı hesabata görə, Müsəlmanların alış-veriş turizmi üçün seçdiyi islam ölkələri siyahısında İstanbul və Antalya ilk beş ölkə arasındadır.

348193
Müsəlman turistlər İstanbul və Antalyaya üstünlük verirlər

40 beynəlxalq şəhərin dəyərləndirildiyi indeks müsəlman dostu, xidmət və tədbirlər, səyahətin asanlığı, alış-veriş hədəfləri kimi meyarlar nəzərə alınmaqla hazırlanıb.

Dubay 79.5 xalla birinci, Kuala Lumpur 73.3 xalla ikinci sırada yerləşib.

İslam Əməkdaşlıq Təşkilatına (OIC) üzv şəhərlər sıralamasında İstanbul 64.2 xalla üçüncü, Antalya isə 61.2 xalla dördüncü turizm yeri olub.
2014-cü ilə aid məlumatların açıqlandığı bir başqa hesabatda isə, müsəlman turizminin 108 milyon turist vasitəsilə 145 milyard dollarlıq bir dəyərə çatdığı, bunun da ümumi turizm bazarının 10 %-ni təşkil etdiyi açıqlanmışdı.

Bu rəqəmin 2020-ci ildə 150 milyon ziyarətçiyə və 200 milyard dollarlıq bir dəyərə çatması nəzərdə tutulur.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr