72-ci Venesiya Film Festivalına start verilir

“Qızıl Şir” və digər mükafatlar, sentyab ayının 12-də sahiblərini tapacaq.

373412
 72-ci Venesiya Film Festivalına start verilir

Rejissor Nuri Bilge Ceylanın münsif üzvü olduğu festivalda, Türk filmləri 3 fərqli naminasiyada tamaşaçılara təqdim olunacaq. Venesiya şəhərinin Lido yarımadasının ev sahibliyi etdiyi festivalın açılışı sənətçilərin iştirakı ilə olacaq. Festivalın qalasında, islandiyalı rejissor Baltasar Kormakurun çəkdiyi “Everest” filmi nümayiş olunacaq. 8 ayrı nominasiyada 21 filmin nümayiş olunacağı festivalda 3 Türk filmi də mükafat üçün yarışacaq. Əsas mükafat olan “Qızıl Şir” uğrunda Emin Alperin rejissoru olduğu “Abluka” filmi yarışacaq. Sǝnǝm Tüzenin rejissoru “Anayurdu”filmi isə “Gələcəyin Aslanı” mükafatı üçün yarışacaq. Bundan başqa festivalın Venesiya Klassikləri” hissəsində də Yılmaz Güneyin “Umut” filmi nümayiş olunacaq. “Qızıl Şir” və digər mükafatlar, sentyab ayının 12-də sahiblərini tapacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr