Leyla Əliyeva Asiyanın ən gözəl qadınları siyahısında

Siyahıda İordaniya kraliçasının da adı var.

380579
Leyla Əliyeva Asiyanın ən gözəl qadınları siyahısında

  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Elle” jurnalının tərtib etdiyi “Asiyanın ən gözəl 14 qadını” siyahısına daxil edilib.

  Jurnalın saytına istinadən verilən məlumata görə, Leyla Əliyeva fəal ictimai fəaliyyətlə məşğuldur, o, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin və “Bakı” jurnalının rəhbəridir.

  L.Əliyevadan başqa siyahıda
* məşhur hind aktrisaları Ayşvarya Ray və Frida Pinto,
* Çindən məşhur modellər Lyu Ven, Çjan Tszılin, Yuy Vensya,
* Yaponiyadan modellər Devon Aoki, Tao Okamoto,
* Aktrisa Çjan Tszıi,
* İordaniya kraliçası Raniya,
* Başkiriyalı idmançı Leysan Utyaşeva,
* “Dünya gözəli 2013”-ün qalibi filippinli Meqan Yanq,
* Qatar əmirinin həyat yoldaşı Moza bint Naser əl Misnə,
* Tehranlı model və aktrisa Kladudiya Linksin adı var.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr