Jools Holland İstanbul Caz Festivalında

İstabul Mədəniyyət və Sənət Cəmiyyəti (İKSV) tərəfindən təşkil edilən 22-ci İstanbul Caz Festivalında pianoçu Culs (Jools) Holland konsert verəcək.

334541
Jools Holland İstanbul Caz Festivalında

  İyulun 7-sində olacaq konsertdə Holland 20 nəfərlik Fizm və Bluz (Rhythm and Blues) orkestrilə çıxış edəcək.

  İngilis müğənnisi və şairi Mark (Marc) Almondun da səhnə alacağı gecədə Holland caz, R & B, soul, gospel və funk klasikləriylə yanaşı öz mahnıları haqqında da danışacaq.

  Konsertin açılışını Hollandın son albomu “Sirens of Song”da birlikdə çalışdığı irlandiyalı müğənni İmelda May edəcək.

  Yerli və xarici məşhur adların bir arada olacağı Caz festivalı 15 iyulda başa çatacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr