III Beynəlxalq Müasir İncəsənət Sərgisinə hazırlıqlar

III Beynəlxalq Müasir İncəsənət Sərgisi "Artinternational" 4 sentyabrda İstanbulun Haliç Konqres Mərkəzində açılacaq. Sərgidə 24 ölkədən 83 qalereya olacaq.

320118
  III Beynəlxalq Müasir İncəsənət Sərgisinə hazırlıqlar

  Sərginin direktoru Dyala Nusseibeh keçən il 20 mindən çox adamın gəldiyi sərgiyə bu il Şərqi Avropa, Qafqaz və Orta Asiya bölgələrindən də qalereyaların əlavə olunduğunu söyləyib.

  “İstanbul sənət dünyasının görüş nöqtəsi olmağa davam edir. Bu dinamik mühit sərgilənən işlərin keyfiyyət və müxtəlifliyinə də əks olunur. Bu il sərginin açılışı 2 ildə bir keçirilən XIV Beynəlxalq İstanbul Bienali tədbiri ilə üst-üstə düşür və biz İstanbulun bu hərəkətli və rəngli həftəsində koleksioner, kurator, sənət adamları və sənətsevərlərdən ibarət qonaqlarımızı səbirsizliklə gözləyirik”.

  Qeyd edək ki, keçən il 20 mindən çox adamın gəldiyi, 1500-dən çox kolleksioner və sənət tacirinin qatıldığı sərgidə 26 milyon 500 min avroluq satış olub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr