Türkiyə incəsənət dünyası Sümer Tilmaçla vidalaşdı

13 iyunda həyatla vidalaşan teatr, kino və serial aktyoru Sümer Tilmaçın cənazəsi ayın 14-ündə İstanbulun Üsküdar qəsəbəsinin Şakir məscidində cənazə namazından sonra Karacaahmet qəbiristanlığında torpağa tapşırılıb.

304542
  Türkiyə incəsənət dünyası Sümer Tilmaçla vidalaşdı

  Dəfn mərasimində mərhumun ailəsi, yaxınları və sənətçi yoldaşları iştirak edib.

  Sümer Tilmaç İstanbulda olduğu bir toyda infarkt keçirib, təcili aparıldığı xəstəxanada dünyasını dəyişib.

  67 yaşlı aktyor Sümer Tilmaç Münir Özkul və Qəzənfər (Gazanfer) Özcan kimi görkəmli sənətkarların tələbəsi olaraq yetişmişdi. Onun iştirak etdiyi "Ah gözəl İstanbul", "Vətəndaş Rza" və "Acı dünyalar" filmləri Türkiyə kinosunun unudulmaz lent yazıları arasında yer alır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr