Türk musiqisinə ağır itki

Türkiyənin xalq-cənət musiqisi sənətkarı 82 yaşlı Behiye Aksoy İstanbulda qaldığı Qocalar Evində uzun müddətdir çəkdiyi tənəffüs çətinliyindən dünyasını dəyişib.

299694
Türk musiqisinə ağır itki

  2001-ci ildə alzheimer xəstəliyinə tutulan Behiye 2011-ci ildən bu yana Qocalar Evində həyatını sürürdü. 2014-cü ilin dekabr ayında sətəlcəmə tutulunca səhhəti daha da ağırlaşmağa başladı.

  Xatırladaq ki, incəsənət həyatına 1948-ci ildən Ankara Radiosundan başlayan Behiye Aksoy həyatı boyu bir çox qızıl val və platin tac mükafatlarına layiq götülüb.

  Behiye Aksoyun cənazəsi 2 iyun çərşənbə axşamı günü keçiriləcək mərasimdən sonra İstanbulun Zincirlikuyu qəbiristanlığında torpağa tapşırılacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr