Boston Türk Filmlǝri Yarışması

Türk sənədli film və qısa metrajlı film yarışması

291254
Boston Türk Filmlǝri Yarışması

Boston Türk Filmlǝri Yarışması müraciətləri başladı
Şimali Amerikanın ilk mükafatlı Türk sənədli və qısa metrajlı  film yarışması olan Boston Türk Sənədli film  və Qısa Metrajlı  Film Yarışmasına müraciətlər başladı.
ABŞ-ın Boston şəhərində 2006-ci ildən bəri hər il təşkil edilən və bu il 10-su reallaşdırılacaq yarışmaya, hər kateqoriyada rejissor və prodüserlər  bir filmlə qatıla biləcək .
Müraciətlər 1 sentyabrda sona çatacaq .Yarışmanın finalist filmlǝri isǝ 6-14 noyabr tarixlǝri arasında Boston Gözəl Sənətlər Muzeyi, Boston Universiteti və Goethe İnstitutunda nümayiş edilǝcǝk.
Tamaşaçıların "Ən Yaxşı Sǝnǝdli Film " və "Ən Yaxşı Qısa Metrajlı Filmi" müəyyən etməsi  üçün  münsiflǝr heyǝti seçilǝrǝk, filmlərə xüsusi mükafatlar verilǝcǝk .
Münsiflǝr heyǝtindǝ Harvard Film Arşivi Direktoru Haden Guest, film tənqidçisi Peter Keough, Boston Gözəl Sənətlər Muzeyi Filmləri üzrə Carter Long kimi mühüm  şǝxsiyyǝtlǝr iştirak edǝcǝk.
Mükafat alan filmlər 2016-cı ildǝ 15-ci Boston Türk Film Festivalı proqramında da nümayiş edilǝcǝk.
Rejissor və prodüserlərin yarışmada tǝdim edǝcǝklǝri filmlǝr üçün hər hansı bir mövzu və zaman məhdudlaşdırması yoxdur. Ancaq filmlərin müraciət tarixindən əvvəlki iki il içində çəkilmiş və İngilis dilindǝ  altyazılı olması şərtləri irǝli sürülmüş.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr