"Yüz illik yalnızlığ"ın ilk nəşri tapıldı

Nobel mükafatlı Kolumbiya jurnalisti və yazıçısı Qabriel Qarsia Markizin (Gabriel Garcia Marquez) şah əsəri sayılan "Yüz illik yalnızlıq" romanının bir həftə əvvəl oğurlanan ilk nüsxələrindən biri tapılıb.

269783
"Yüz illik yalnızlığ"ın ilk nəşri tapıldı

  BBC-nin xəbərinə görə, polislər 2 mayda Kolombiyanın paytaxtı Boqotada (Bogota) təşkil edilən Beynəlxalq Kitab Sərgisində oğurlanan bu kitabın köhnə kitab mağazalarından birində olduğunu müəyyən ediblər.

  Kitabın əntiq mallar həvəskarları tərəfindən oğurlandığı, amma polisin geniş əməliyyata başladığını eşidəndən sonra bir kitab mağazasına qoyulduğu deyilir.

  Oğurlanan kitab mərkəzi Argentinada olan Sudamericana (Sudamericana) Kitab Evi tərəfindən 1967-ci ildə nəşr olunan “Yüz illik yalnızlığ”ının 8 min nüsxəsindən biri idi. Kitaba 60 min dollar dəyər qoyulub.

  “Yüz illik yalnızlıq” 17 aprel 2014-cü ildə Meksikanın paytaxtı Mexikoda (Mekshiko) 87 yaşında vəfat edən Qabrile Qarsia Markizin ən mühüm əsəri hesab edilir. Bataqlığın ortasında yoxdan Makando (Macando) şəhərini quran Buendia ailəsinin ağlasığmaz əhvalatının təsvir olunduğu əsər bu günə qədər 37 dilə tərcümə edilib və 50 milyondan çox satılıb.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr