14-cü Boston Türk Film və Musiqi Festivalı başa çatıb

Festival çərçivəsində bir sıra unudulmaz əsərlər səsləndirilib

256155
14-cü Boston Türk Film və Musiqi  Festivalı başa çatıb

14-cü Boston Türk Film və Musiqi Festivalı başa çatıb. Festival çərçivəsində ‘‘Selvi Boylum Al Yazmalım’’, ‘‘Hababam Sınıfı’’, ‘‘Hatırla Sevgili’’, ‘‘Kara Gözlüm’’, ‘‘Arım Balım Peteğim’’, ‘‘Hayat Bayram Olsa’’ kimi Türk kinomatoqrafiyasının unudulmaz əsərləri səsləndirilib. ‘‘Boston Türk Film və Musiqi Festivalı’’nın musiqi proqramı 2006-ci ildən bu yana müasir Türk sənətçilərinin müxtəlif xüsusi layihəlirini təqdim edir və Türk sənətçilərini musiqisevərlərlə görüşdürür. Festivalın film proqramı isə 2001-ci ildən bu yana Türk kinomatoqrafiyasının seçmə nümunələrini Boston Gözəl Sənətlər Muzeyində kinosevərlərə təqdim edir. Festival rəhbərliyi, bu il proqramda iştirak edən bütün rejissorlara, prodüserlərə, aktyorlara, müğənnilərə , iştirakçılara və tədbirin əsas sponsorlarına, başda ‘‘Turkish Cultural Foundation’’, ‘Mədəniyyət və Turizm Nazirliyi, Türk Tanıtma Fondu” və “Türk Hava Yolları”na təşəkkür edib.
Qeyd edək ki, tədbir gələn il 17-23 aprel tarixlərində keçiriləcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr