Bakıda 14-cü Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi

Bakıda 14-cü Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər (AITF-2015) Sərgisi keçirilir. Sərgi aprelin 4-nə kimi davam edəcək.

222332
Bakıda 14-cü Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi

Bakıda 14-cü Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər (AITF-2015) Sərgisi keçirilir. Sərgi aprelin 4-nə kimi davam edəcək.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutan sərgi üç gün ərzində turizm sahəsi üzrə danışıqların aparılması, görüşlərin keçirilməsi, fikir və təkliflərin mübadiləsi üçün imkan yaradacaq. Sərgidə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, bir sıra ölkələrin Azərbaycandakı səfirləri, xarici qonaqlar və digər rəsmi şəxslər iştirak edir.

AITF-2015 sərgisində dünyanın 42 ölkəsindən 370-dən çox şirkət 70 turizm istiqaməti üzrə öz təkliflərini təqdim edir. Onların arasında turoperatorlar, milli turizm təşkilatları, otel şəbəkələri, sanatoriyalar, pansionatlar, müalicəvi-sağlamlaşdırıcı və spa prosedurları mərkəzləri, idman və ekoloji turizm obyektləri var. Sərgidə Türkiyə, Argentina, Bolqarıstan, İran, Gürcüstan, Dominikan Respublikası, Hindistan, Malayziya, Mərakeş, Sloveniya, Tailand və digər ölkələrdən ümumilikdə 17 milli qrup iştirak edir.

Təxminən 210 kvadrat metr sahəyədə yerləşən və 30 şirkətlə iştirak etdən Türkiyə stendi iştirakçıların böyük marağına səbəb olub. Türkiyənin bu ilki stendi Mardin bölgəsinə hısr olunub. Türkiyə stendini ziyarət edən nazir Qarayev, Türkiyənin hər il olduğu kimi, bu dəfədə maraqlı stendlə iştirak etdiyini vurğulayıb. Qarayev, Azərbaycanlıların yalnız Ankara və İstanbulu deyil Türkiyənin digər bölgələrini də bu stend sayəsində tanıyacağını qeyd edib. Azərbaycanlıların rahat şəkildə Türkiyəyə səfər etdiklərini və orada özlərini çox yaxşı hiss etdiklərini deyən Qarayev, Azərbaycandan Turkiyəyə gedən turistlərin ildən ilə artdığını bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr