Ankara Hüseyn Cavidlә bağlı tәdbirә ev sahibliyi edir

Hüseyn Cavidә hәsr olunmuş kitabın Ankarada tәqdim etmә mәrasimi keçirilәcәk

280565
Ankara Hüseyn Cavidlә bağlı tәdbirә ev sahibliyi edir

Martın 27 Ankara Universitetinin 100 cü il salonunda Azərbaycan şairi, yazıçı və dramaturq Hüseyn Cavidə həsr olunmuş kitabın təqdimetmə mərasimi keşiriləcək.

Mərasimdə Azərbayacn Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırov, həmçinin iki ölkənin ədəbiyyatçıları, ziyalıları, və mədəniyyət nümayəndələri iştirak edəcək.

Hüseyn Cavid 1882-ci ildə Naxçıvanın indiki Kəngərli Rayonunun Şahtaxtı kəndində ruhani ailəsındə dünyaya göz açıb. İbtidai təhsilini Naxçıvanda molla məktəbində, orta təhsilini M.T.Sidqinin "Məktəbi-tərbiyə" adlı yeni üsullu məktəbində almışdır. 1899-1903-cü illərdə Cənubi Azərbaycanda olmuş, Təbrizin "Talibiyyə" mədrəsəsində təhsilini davam etdirmişdir. İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirmiş, Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik etmişdir. Hüseyn Cavid klassik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirən sənətkarlardandır. O, XX əsr Azərbaycan mütərəqqi romantizminin banilərindən biri olmuşdur.

Hüseyn Cavid sənəti janr və forma cəhətdən zəngindir. O, lirik şeirlərin, lirik-epik, epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifidir.

Hüseyn Cavid 5 dekabr 1941 il Rusiyanın İrkutsk vilayətində vəfat etmişdir. Şairin anadan olmasının 100 illik yubileyi ərəfəsində cənazəsinin qalıqları İrkutsk vilayətindən Naxçıvana gətirilib, ev-muzeyinin yaxınlığında dəfn edilmişdir. Naxçıvanda onun qəbri üstündə möhtəşəm məqbərə ucaldılmışdır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr