"Türkiyə dünyanı kirlətmədən sənayələşən bir ölkədir", İ.Güllüce

"Yaşıl ekran" Universitetlərarası Qısametrajlı Film Yarışmasının mükafatları İstanbulda sahiblərinə verilib.

265727
"Türkiyə dünyanı kirlətmədən sənayələşən bir ölkədir", İ.Güllüce

  Mükafat mərasimində iştirak edən Ekologiya və Şəhərsalma naziri İdris Güllüce "Türkiyə dünyanı heç kirlətmədən sənayələşən, inkişafa edən bir ölkədir" deyə vurğulayıb.

  Türkiyənin “Mavi bayraq” kampaniyasında dünya üzrə üçüncü olduğunu deyən Güllüce artıq hədəfin birincilik olduğunu bildirib.

  Dənizləri və sahilləri ətraf çirklərə, natəmizliyə qarşı qorumağa davam edəcəklərini dilə gətirən Güllüce bu il ilk dəfə təşkil edilən “Yaşıl ekran” Qısametrajlı Film Yarışmasında diqqətə çatdırıb ki, “Məqsəd gənclərdə ətraf mühit şüuru yaratmaq və ictimaiyyətin hər bir üzvünə bunu aşılamaqdır”.

  Yarışmaya 125 film təqdim edilib, mükafatlar Türkiyə kinosunun görkəmli nümayəndələri tərəfindən sahiblərinə verilib.

  1-ci yeri "Qəfəs" filmiylə Marmara Universiteti, 2-ci yeri “Dağıntı” filmiylə Aralıq dənizi Universiteti, 3-cü yeri isə “Yaşıl hekayə” filmiylə Ankara Universitetinin tələbələri qazanıb.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr