Türkiyə-Almaniya film festivalı başlayıb

Festivalın qalasında Yavuz Turqul, Şənər Şən və Hanna Şyqullaya şərəf mükafatı verilib.

263219
Türkiyə-Almaniya film festivalı başlayıb

Almaniyanın Nürnberq şəhərində təşkil olunan sayca 20-ci film festivalının qalasında Yavuz Turgul, Şənər Şən və Hanna Şyqullaya şərəf mükafatı verilib.
Festivalda Türkiyədən beş, almaniyadan isə dörd film qalib adı uğrunda mübarizə aparır.
Festivalda yarışacaq filmlərin qısa fraqmentlərinin göstərildiyi tədbirdə çıxış edən Nürnberq Böyükşəhər Bələdiyyə Sədri Ulrih Mali ölkəsində İslam dininə qarşı “Pegida” təşkilatının aksiyalarına qatılanlara ən gözəl cavabın məhz Türk-Alman dostluğunun aynası olan bu festivalın olduğunu qeyd edib.
Türkiyənin Nürnberq Baş konsulu Asip Kaya da belə tədbirlərin Türk və Alman ictimaiyyətinin yaxınlaşmasına böyük töhvə verdiyini bildirib.
Sonda qeyd edək ki, 10 gün konsert və film nümayişləri ilə davam edəcək festivalın sonunda qalib filmin də adı bəlli olacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr