Azərbaycan filmi Beynəlxalq festivalın qalibi oldu

"Film Qarabağ müharibəsi haqqında sizin görmədiyiniz və eşitmədiyiniz savaş həqiqətini əks etdirir."

245858
Azərbaycan filmi Beynəlxalq festivalın qalibi oldu

  Fehruz Şamıyevin ssenari müəllifi olduğu və quruluş verdiyi “Yol” filmi İranda keçirilən IX “Ruyesh” Beynəlxalq Qısametrajlı Film Festivalının baş mükafatına layiq görülüb.

  Elçin Hüseynbəylinin “Gözlərimə gün düşür” hekayəsinin motivləri əsasında çəkilən "Yol” filminin festivalda nümayişi fevral ayının 26-na Xocalı soyqırımının 23-cü ildönümünə təsadüf edib.

  Qalib Fehruz Şamıyev deyir: "Film Qarabağ müharibəsi haqqında sizin görmədiyiniz və eşitmədiyiniz savaş həqiqətini əks etdirir. Baş qəhrəman Qarabağda doğulmuş, uzun müddət Bakıda yaşayan professordur. Onun ölüm ayağında hər şeyi gözə alıb doğulduğu kəndə getmək istəməsi və bunu gerçəkləşdirməsi hər bir azərbaycanlı və dünya üçün mühüm mesajdır. Professor arzusuna çatmaq üçün minalanmış sahəni keçərək öz kəndinə gəlir. Ermənilər tərəfindən işğal olunmuş kənd xarabalığa çevrilib. Professor əsir götürülür. Əsas hadisələr də bundan sonra başlayır.

  Qeyd edək ki, “Yol” filmi həm də Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi “Bu meydan, bu ekran” müsabiqəsinin qalib layihələrindən biridir.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr