Kosovada "Türkcəm" jurnalının təntənəli tanıtım mərasimi

Balkan ölkələrində nəşrini davam etdirən nadir uşaq jurnallarından biri sayılan “Türkcəm” jurnalının 170-ci buraxılışı münasibətiylə “Yunis İmrə Prizren Türk Mədəniyyət Mərkəzi”ndə təntənəli tantım mərasimi təşkil edilib.

208077

1999-cu ildən işıq üzü görən “Türkcəm” uşaq jurnalının tanıtım mərasiminə çoxlu sayda iştirakçı qatılıb.
Proqram Zeynel Beksaç ve Hüsamettin Luma tərəfindən hazırlanan qısa videoçarxın nümayişi ilə başlayıb.
Proqramda iştirak edənlərdən Kosova İctimai İdarəetmə naziri, Kosova Demokratik Türk Partiyasının rəhbəri Mahir Yağcılar vә Yunis İmrə Prizren Türk Mədəniyyət Mərkəzinin müdir köməkçisi Funda Keskin çıxış ediblər.
Çıxışlarda jurnal və kitablar qәdәr uşaqların dil qabiliyyətlərini, duyğu və düşüncələrini inkişaf etdirən, onları yaradıcı düşünməyə sövq edən ikinci bir vasitәnin olmadığı bildirilib.

Etiketlәr:

Әlaqәli Xәbәrlәr