Türk kinosu 100 illiyini qeyd edir

İstanbulda təşkil edilən “Yıldızlar Geçidi” adlı tədbirdə, Türk filmi ulduzları, yaddaşlara həkk olunan mahnılarıyla sevənlərinin qarşısına çıxıb.

147179
Türk kinosu 100 illiyini qeyd edir

İstanbulda təşkil edilən “Yıldızlar Geçidi” adlı tədbirdə, Türk filmi ulduzları, yaddaşlara həkk olunan mahnılarıyla sevənlərinin qarşısına çıxıb. Türk filminin 100-cü il dönümü, “Haliç Konqre” Mərkəzində təşkil edilib.
Tədbirdə çıxış edən İstanbul Böyükşəhər Bələdiyyə Sədri Kadir Topbaş, 100 illik kino tarixinin böyük bir əməyin məhsulu olduğunu söyləyib. Mərasimdə həmçinin kino ulduzları Türkan Şoray, Hülya Koçyiğit və Filiz Akın da duyğularını dilə gətiriblər.
Tədbirdə Kadir Topbaş, sənətçilərlə birlikdə Metin Özülkü Orkestrinin müşayətilə Türk film mahnılarını səsləndirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr