Türk sənəti "Ebru" dünyanın mәdәni irs siyahısındә

UNESKO-nun qeyri-maddi mədəni irs siyahısında Türkiyənin miras sayı 12-yə çatıb.

199561
Türk sənəti "Ebru" dünyanın  mәdәni irs siyahısındә

UNESKO-nun qeyri-maddi mədəni irs siyahısında Türkiyənin miras sayı 12-yə çatıb. UNESCO-nun Türkiyə Milli Komissiyasının sədri Professor doktor Öcal Oğuz, Parisdə keçiriləcək qeyri-maddi mədəni irs Hökumətlərarası Komitəsinin toplantısında türk əl sənəti “Ebru”nun dünyanın ortaq mirası qəbul ediləcəyini ifadə edib. Öcal Oğuz, 24-28 noyabr tarixlərində Parisdə keçiriləcək toplantıda “Ebru faylımızın, UNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salınmasına əminik” deyib. “Ebru” sənəti, ən qədim türk kağız bəzəmə sənətlərindən biri olaraq tanınır. “Ebru” kükürdlü su üzərinə səpilən boyalarla bəzənmiş kağız vasitəsilə hazırlanan əl işlərinə deyilir.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr