Türkiyə serial istehsalında ikinci ölkə

Türkiyə, ABŞ-dan sonra ən çox serial çəkən ikinci ölkədir.

171461
Türkiyə serial istehsalında ikinci ölkə

Türkiyə, ABŞ-dan sonra ən çox serial çəkən ikinci ölkədir.
Bu barədə ötən gün iş adamları və kino sahəsində fəaliyyət göstərən nümayəndələr İstanbulda bir araya gəldi. Türk filmlərindən bəhs olunan proqramda İqtisadiyyat naziri Nihat Zeybekci Türk seriallarının dünyada maraq doğurduğunu və “Amerikada pasport qeydiyyatı zamanı bir nəfərin serialda hadisənin sonu necə oldu” deyə soruşduğunu deyib. Zeybekçi, Türkiyənin bu sahədə təqdimatı bacarıqla etdiyini, hadisənin bütün dünyada çatdırılmasınin məharətlə görüldüyünü vurğulayıb. Proqramda qonaq olan məşhur rejissor Bobby Roth filmlərdə, həqiqəti əks etdirməyin çox vacib olduğunu söyləyib. Kinoşünaslar mədəniyyət məhsulları ixracatının 2023-ci ildə 2 milyard dollara çatdırılmasını nəzərdə tutulduğunu bildiriblər.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr