Ankarada xüsusi konsert

İtaliyanın Avropa Birliyi sədrliyinə başlaması Ankarada xüsusi bir konsertlə qeyd olunub.

114321
Ankarada xüsusi konsert

İtaliyanın Avropa Birliyi sədrliyinə başlaması Ankarada xüsusi bir konsertlə qeyd olunub.
Yunanıstanın yanvarın 1-də Litvadan təhvil aldığı Avropa Birliyi sədrliyi İtaliyaya keçdi.
İtalyanın Türkiyədəki səfirliyi rəsmi Romanın boynuna götürdüyü bu əhəmiyyətli vəzifənin şərəfinə dünən xüsusi bir konsertə ev sahibliyi edib.
Konsertin qonaqları arasında olan Avropa İttifaqı naziri və başmüzakereçi Mevlüt Çavuşoğlu üzvlük prosesində yeni fǝsillǝr açılmasının gözlənildiyini qeyd edib.
İtalyanın Türkiyənin Avropa İttifaqına üzvülüklə bağlı müzakirə prosesinə ən böyük dəstək verən ölkələrdən biri olduğunu vurğulayan Çavuşoğlu iki ölkə əlaqələrindəki müsbət atmosferin Türkiyə- Avropa Birliyi əlaqələrinə də təsir edəcəyinə ümid etdiklərini söyləyib.
İtaliyanın Türkiyədəki səfiri Gianpaolo Scarante də Türkiyə ilə İtaliya arasındakı əlaqələrin bu dövrdə daha çox inkişaf edəcəyinǝ inandığını deyib.
Avropa Birliyinin Türkiyədəki nümayəndəsi Stefano Manservisi də İtaliyanın sədrliyi dövründə Türkiyənin üzvlük prosesi ilə əlaqədar daha çox çalışacaqlarını qeyd edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr