Əcnəbilərə  mənzil satışında rekord artım qeydə alınıb

Türkiyədə əcnəbilərə mənzil satışı noyabr ayında 2020-ci ilin  müvafiq dövrünə  müqayisədə 48,4% artaraq 7363-ə çatıb.

1747244
Əcnəbilərə  mənzil satışında rekord artım qeydə alınıb

Türkiyə Dövlət Statistika Komitəsi bu barədə məlumat yayıb.  Komitənin  hesabatına görə Türkiyədə noyabr ayında cəmi 178 min 814 ev satılıb. Bu dövrdə əcnəbilər 7 min 363 ev satın alıb. Noyabr ayında illik 48,4% artım qeydə alınan Əcnəbilərə ev satışının ümumi ev satışlarında payı 4,1% olub.  Noyabr ayında xaricilərin  ən çox ev satın aldıqları  şəhərlər arasında İstanbul 2 min 922  mənzil sayı ilə ilk sırada  iştirak edib. Bu vilayəti 1917 satışla Antalya, 428 satışla Ankara izləyib.

Yanvar-noyabr dövründə əcnəbilərə ev satışı əvvəlki ilin müvafiq dövrünə müqayisədə 39,4% artaraq 50 min 735-ə çatıb.

 



Әlaqәli Xәbәrlәr