Səudiyyə Ərəbistanı ilə Yaponiya arasında tərəfdaşlıq şurası yaradıldı

Səudiyyə Ərəbistanının rəsmi agentliyi SPA-nın xəbərinə görə ...

2142992
Səudiyyə Ərəbistanı ilə Yaponiya arasında tərəfdaşlıq şurası yaradıldı

 

  Yaponiya ilə Səudiyyə Ərəbistanı arasında tərəfdaşlıq şurası yaradıldı. 

  Səudiyyə Ərəbistanının rəsmi agentliyi SPA-nın xəbərinə görə, ölkənin vəliəhd şahzadəsi Məhəmməd ibn Salman və Yaponiyanın baş naziri Kişida Fumio arasında videokonfrans vasitəsilə görüş keçirilib.

  Söhbət zamanı tərəflər Qəzza zolağında baş verən hadisələri və İsrailin 2023-cü ilin 7 oktyabrından bu yana bölgədə davam edən hücumlarının dayandırılması, bölgəyə humanitar yardımların çatdırılması və beynəlxalq aləmdə tanınması üçün səylərin dəstəklənməsi istiqamətində görülən işləri müzakirə ediblər.

  Münasibətlərin yaxşılaşdırılması imkanlarının, regional və beynəlxalq proseslərin və bunlarla bağlı araşdırmaların müzakirə edildiyi söhbət zamanı Səudiyyə Ərəbistanı ilə Yaponiya arasında tərəfdaşlıq şurasının yaradıldığı bildirilib.

  Yaponiyanın baş naziri Kişida Səudiyyə Ərəbistanına ölkəsini sabit xam neftlə təmin etdiyinə görə təşəkkür edərək rəsmi Riyadın qlobal neft bazarının sabitləşdirilməsində və təmiz enerji üçün qlobal təchizat zəncirlərinin dəstəklənməsində liderlik rolunu davam etdirmək arzusunu ifadə edib.

  Vəliəhd şahzadə Məhəmməd ibn Salman da Səudiyyə Ərəbistanının Yaponiyaya xam neft tədarükünü davam etdirmək əzmində olduğunu vurğulayaraq ölkəsinin Yaponiya ilə digər sahələrdə, o cümlədən təmiz enerji sahəsində əməkdaşlığı inkişaf etdirməyi düşündüklərini söyləyib.



Әlaqәli Xәbәrlәr