Bal ixracında rekord artım

2021-ci ilin ilk 4 ayında Türkiyədən 40 ölkəyə 9,5 milyon dollarlıq bal ixrac edilib.

1645926
Bal ixracında rekord artım

Şərqi Qaradəniz İxracatçılar Birliyinin hesabatına görə Yanvar-aprel tarixləri arasında bal ixracı ötən ilin müvafiq dövrünə müqayisədə 24% artaraq 2 min 502 tona çatıb.

Hesabatda qeyd edilib ki, Amerika Birləşmiş Ştatları (ABŞ), Almaniya, Küveyt, Belçika, Qətər, İspaniya və Yaponiya bal ixrac edilən ölkələr arasında ilk sırada iştirak edib. Sözügedən dövrdə ABŞ-a 2 milyon 825 min 250 dollarlıq (707 ton) bal satılıb. Bu ölkəni 2 milyon 802 min 956 dollar ilə Almaniya və 412 min 530 dollarla Küveyt izləyib. Keçən ilin müvafiq dövründən fərqli olaraq, Belçika, Bolqarıstan, Honkonq, İtaliya, Mərakeş, Dubay, Slovakiya, Polşa, Pakistan, Əfqanıstan, Kenya, İsrail və Rumıniya da Türkiyədən bal satın alan ölkələr arasına daxil olub.

 



Әlaqәli Xәbәrlәr