“Futbolu sirkə çevirmək olmaz”, K.Sançez

İspaniya I Futbol Liqasının (LaLiga) 30-cu həftəsində keçirilən “Xetafe” – “Sevilya” (Getafe-Sevilla) matçında futbolda yeni irqçilik hadisəsi baş verib

2122676
“Futbolu sirkə çevirmək olmaz”, K.Sançez

 

  İspaniya I Futbol Liqasının (LaLiga) 30-cu həftəsində keçirilən “Xetafe” – “Sevilya” (Getafe-Sevilla) matçında futbolda yeni irqçilik hadisəsi baş verib.

  Matçın 60-cı dəqiqəsində “Xetafe”nin tribunalarından bir qrup azarkeşin “Sevilya”nın futbolçusu Markos Akunanı (Marcos Acuna) hədəf alaraq “meymun” deyə qışqırmasından sonra baş hakim İqlesias Villanueva oyunu qısa müddətə dayandırıb.

  “La Liqa”da irqçiliyə qarşı protokolu aktivləşdirən referi Villanueva stadionda irqçiliyə qarşı açıqlama verib.

  Serxio Ramosun (Sergio Ramos) 5-ci dəqiqədə vurduğu qolla "Sevilya" 1:0 hesabı ilə qələbə qazansa da, matç irqçilik hadisəsi ilə yadda qaldı.

  Ramos matçdan sonra mətbuata verdiyi açıqlamada sözügedən mövzu ilə bağlı deyib: "Maça gələnlərin stadionda istədiklərini deməsinin qarşısını almalıyıq, futbolun imicini təmizləmək üçün".

  Məğlubiyyətə görə bəzi "Xetafe" azarkeşləri tərəfindən təhqir olunan "Xetafe"nin baş məşqçisi Kike Sançez (Quique Sanchez) də bunları söyləyib: "Qaraçı” sözünü irqçi təhqir kimi işlətmək təhrifdir. Stadionda bizə hörmət edilməlidir. Futbolu sirkə çevirmək olmaz. Bunu dəyişmək üçün güclü addım lazımdır”.

  İspaniya futbolunda baş verən irqçilik hadisələri son həftələr, xüsusilə “Real Madrid”in futbolçusu Vinisiusa qarşı edilən təhqirlərlə gündəmə gəlib.



Әlaqәli Xәbәrlәr