Çıldır gölü indi də buz xokkeyi idmançıları üçün zəmin oldu

Buz xokkeyinə diqqət çəkmək üçün İstanbuldan gələn buzlu xokkey idmançıları qışda 123 kvadrat kilometr ərazisi tamamilə donmuş Çıldır gölündə oynayıblar

2091455
Çıldır gölü indi də buz xokkeyi idmançıları üçün zəmin oldu
cildir golu.jpg
cildir golu.jpg

 

  Türkiyənin Ərdəhan və Qars rayonları arasında yerləşən, atlı kirşə və Eskimos üslubunda balıq ovu ilə gündəmə gələn, qış şəraitində nəqliyyat vasitələri və təkərləri sınaqdan keçirmək istəyən avtomobil şirkətləri tərəfindən seçilən Çıldır gölü indi də buz xokkeyi idmançıları üçün zəmin olub.

  Xüsusilə Şimali Amerika və Şimali Avropada ən çox izlənilən idman növləri arasında olan buzlu xokkeyə son illər Türkiyədə də maraq artmağa başlayıb.

  Buz xokkeyinə diqqət çəkmək üçün İstanbuldan gələn buzlu xokkey idmançıları qışda 123 kvadrat kilometr ərazisi tamamilə donmuş Çıldır gölündə oynayıblar.

  Tarixən donmuş çaylar və göllər kimi təbii buz səthi üzərində oynanılan buzlu xokkey həm idmançılar, həm də azarkeşlərinə xoş anlar yaşadır.



Әlaqәli Xәbәrlәr