Putin amerikalı boksçuya Rusiya vətəndaşlığı verdi

... İdmançı 2023-cü ilin sentyabrında müraciət etmişdi

2086855
Putin amerikalı boksçuya Rusiya vətəndaşlığı verdi

 

  Rusiya prezidenti Vladimir Putin amerikalı boksçu Kevin Consona (Kevin Johnson) Rusiya vətəndaşlığı verdi. İdmançı 2023-cü ilin sentyabrında müraciət etmişdi.

  Kanadalı xokkeyçi Brendan Leypsiç də Rusiya vətəndaşı olub. O, Rusiya vətəndaşlığı almaq niyyətini ötən ilin yayında bildirmişdi. SKA xokkey klubunun məşqçisi Roman Rotenberqin sözlədiyinə görə, B.Leypsiç V.Putinə məktub yazıb və ondan Rusiya pasportu istəyib.

  Rusiya vətəndaşlığını alanlardan biri də 1999-cu ildə ölkəyə gələn Yuqoslaviya əsilli Ratko Samatsdır. Bosniya-Herseqovina 1993-cü ildə əli olduğu iddia edilən hərbi cinayətlərə görə Samatsın ekstradisiyasını tələb etmiş, Rusiya Baş Prokurorluğu isə 2016-cı ildə bu tələbi rədd etmişdi.

  Qeyd edək ki, 2023-cü il dekabrın 5-də Rusiya Daxili İşlər Nazirliyi son 10 ayda vətəndaşlığa qəbul edilən şəxslərin sayının azaldığını bildirib.

  TASS agentliyi xəbər verir ki, yeni vətəndaşların sayı 2 il əvvəllə müqayisədə yarıya qədər azalıb. 2023-cü ilin yanvar-oktyabr aylarında təxminən 318 min nəfər Rusiya vətəndaşlığını qəbul edib. 2022-ci ildə bu rəqəm 595 min, 2021-ci ildə isə təxminən 610 min nəfər olub.

  RF Xarici İşlər Nazirliyi Konsulluq Departamentinin direktoru Aleksey Klimov bildirib ki, 2023-cü ilin ilk 9 ayında 4,4 min nəfər Rusiya vətəndaşlığını itirib, 15 mindən çox adam isə Rusiya pasportu qazanıb.  



Әlaqәli Xәbәrlәr