Türkiyə futbolçusu İspaniya formasında meydana çıxdı

"El Montecillo" stadionunda keçirilən İspaniya Kral Kubokunun son 32-ci tur matçında "Real Madrid" "Arandina"nın qonağı oldu ...

2085315
Türkiyə futbolçusu İspaniya formasında meydana çıxdı

 

  Türkiyə futbolçusu Arda Güler ​​ilk dəfə “Real Madrid”in formasında ilk 11-likdə meydana çıxdı.

  "El Montecillo" stadionunda keçirilən İspaniya Kral Kubokunun son 32-ci tur matçında "Real Madrid" "Arandina"nın qonağı oldu.

  Birinci hissəsi 0-0-la bitən matçın 54-cü dəqiqəsində Xoselu (Joselu) penaltidən vurduğu qolla "Real Madrid"i 1-0 önə çıxarı, 55-ci dəqiqədə Brahim Diaz fərqi ikiyə çatdırdı. Rodriqo 90-cı dəqiqədə vurduğu qolla "Real Madrid"i 3-0 etdi.

  “Arandina” əlavə vaxtda vurduğu qolla fərqi ikiyə endirsə də, “Real Madrid” matçı 3:1 hesabı ilə qazanaraq İspaniya Kral Kubokunun son 16-cı turuna yüksəldi.

  “Real Madrid”də ilk matçını keçirən və 59 dəqiqə meydanda qalan Arda Gülərin ilk hissədə cərimə meydançası daxilindən vurduğu top isə qapıçının dəf etdiyi zərbə ilə dirəkdən kənara çıxıb.



Әlaqәli Xәbәrlәr