Kayseridə keçirilən Türkiyə At Oxçuluğu Çempionatı

Çempionatın son günündə idmançılar 5 kateqoriya üzrə mübarizə aparıblar

2038645
Kayseridə keçirilən Türkiyə At Oxçuluğu Çempionatı

 

  Kayseridə keçirilən Türkiyə At Oxçuluğu Çempionatı başa çatıb.

  Çempionatın son günündə idmançılar 5 kateqoriya üzrə mübarizə aparıblar.

  Ümumi kateqoriya cədvəl bölməsində Alperen Alptekin birinci, Abdullah Ali İdris ikinci, Yiğit Kerem Kekeç üçüncü olub.

  Alperen Dəmirin birinci olduğu “balqabaq döngəsi”ndə Emre Kibar ikinci, Veysəl Batuhan Boy isə üçüncü seçilib.

  Ümumi kateqoriyada Alperen Demir birinci, Yiğit Kerem Kekeç ikinci, Alperen Alptekin üçüncü olub.

  Qalib idmançılara mükafat və medalları Dünya Etnoidman Konfederasiyasının prezidenti Bilal Ərdoğan, Zübeyir Bəkiroğlu, Kayseri icra hakimi Gökmen Çiçek və Kayseri Böyükşəhər bələdiyyə sədri Memduh Büyükkılıç verib.

 



Әlaqәli Xәbәrlәr