Türkiyenin qadınlardan ibarət voleybol yığması Avropa çempionu oldu

Türkiyenin qadın voleybolçuları ilk dəfə Avropa çempionu adını qazandılar.

2032450
Türkiyenin qadınlardan ibarət voleybol yığması Avropa çempionu oldu
Seyirci 2023 Cev Avrupa Şampiyonu Voleybol Milli Takım2.jpg
Filenin Sultanları 2023 Cev Avrupa Şampiyonu Voleybol Milli Takım7.jpg

Türkiyenin qadınlardan ibarət voleybol yığması Serbiyanın 3-2 hesabı ilə məğlub etdi.

Türkiye milli komandası Brüsseldə keçirilən final qarşılaşmasında Serbiya yığmasını ümumi hesabda 3:2 məğlub edərək tarixində ilk dəfə Avropa çempionatının qızıl medalına sahib oldu.

Qarşılaşmada birinci set serbiyalıların 27:25 hesablı üstünlüyü ilə başa çatdı. İkinci setdə daha üstün oyun nümayiş etdirən Türkiye voleybolçuları 25:21 hesabı ilə qalib gələrək ümumi hesabı bərabərləşdirdilər - 1:1. Qarşılaşmanın üçüncü setinə Türkiye idmançıları üstün başlasalar da, yüksək əzmkarlıq göstərən serbiyalılar ardıcıl bir neçə xal qazanaraq, seti öz xeyirlərinə başa vurdular - 25:22. Türkiye yığması gərgin keçən dördüncü setdə (25:22) qalib gələrək ümumi hesabı bərabərləşdirə bildilər - 2:2. Oyunda sonuncu setdə qələbə qazanan (15:13) Türkiye millisi tarixində ilk dəfə çempion adını qazandı.

Dünyanın 1 nömrəsi Türkiyenin qadınlardan ibarət voleybol yığması Avropa çempionu oldu. Finala məğlubiyyətsiz gələn "Filenin sultanları" 2023 CEV Avropa Çempionatının finalında Serbiyanı 3-2 hesabı ilə məğlub edərək tarixində ilk dəfə çempion oldu.

    Komanda son 14 oyunun hamısından qalib ayrıldı.



    Әlaqәli Xәbәrlәr