Joan Laporta: “Arda Gülərin transferi ilə bağlı danışıqlar davam edir”

İspaniya nəhəngi “Barselona” “Fənərbağça”nın gənc ulduzu Arda Gülərin  transferinə dair cəhdlərin davam etdiyini  bildirib.

2005990
Joan Laporta: “Arda Gülərin transferi ilə bağlı danışıqlar davam edir”

Arda Güləri uzun müddətdir izlədiklərini   açıqlayan Kataloniya komandasının rəhbəri Joan Laporta transfer danışıqlarının davam etdiyini  vurğulayıb. Laporta: “Arda çox gənc oyunçudur. Oyunçu izləmə departamentimiz onu uzun müddətdir izləyir. Avropanın bütün böyük klubları onu istəyir.   Biz  də  “Fənərbaxça” ilə danışıqlar aparırıq”.



Әlaqәli Xәbәrlәr