Türkiyə idmancıları Polşa 3-cü Avropa Oyunlarından 2 medal gətirdi

Polşada keçirilən oxatma yarışından Hazal Burun və Emircan Haney olub vətənə 2 bürünc medal gətiriblər

2005520
Türkiyə idmancıları Polşa 3-cü Avropa Oyunlarından 2 medal gətirdi

 

  Polşada keçirilən 3-cü Avropa Oyunlarında yaydan oxatma üzrə kişilər arasında Əmircan Haney bürünc medal qazanıb.

  Krakov şəhərindəki Plaşovyanka (Plaszowianka) Oxçuluq Parkında keçirilən yarışların son günündə bürünc medal qazanan Əmircan qıvrımlı qövsdə 1/4 finalda fransalı rəqibi Nikol Jirarı (Nicolas Girard) 147-141 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Yarımfinalda slovakiyalı İosef Bosanski (Jozef Bosansky) ilə qarşılaşan Əmircan Haney gərgin mübarizə şəraitində keçən görüşdə 147-145 hesabı ilə məğlub olub.

  Üçüncü yer uğrunda türkiyəli idmançı ev sahibi Polşadan olan Lukaş Pşibılski (Lukasz Przybylski) ilə üz-üzə gəlib. Rəqibini 149-146 hesabı ilə məğlub edən Əmircan Haney bürünc medala sahib olub.

  Polşada keçirilən oxatma yarışından Hazal Burun və Emircan Haney olub vətənə 2 bürünc medal gətiriblər.



Әlaqәli Xәbәrlәr