Fabio Borini üç mövsüm oynadığı klubdan ayrıldı

Spor Toto Super Liqa komandalarından Fatih Karagümrükdə forma geyinən italyan oyunçu Fabio Borini qırmızı-qaralar klubdan ayrıldığını açıqlayıb.

1993846
Fabio Borini üç mövsüm oynadığı klubdan ayrıldı

3 mövsümdür komandada oynayan 32 yaşlı Borini sosial media hesabından paylaşdığı açıqlamasında: “Vidalaşmağın vaxtıdır. Birlikdə keçirdiyimiz vaxt üçün Karagümrükə təşəkkür edirəm”.

İstanbul təmsilçisinin heyətində ümumilikdə 75 rəsmi oyunda iştirak edən Borini 36 qol vurub, 15 məhsuldar ötürmə edib.

 



Әlaqәli Xәbәrlәr