İtaliya Futbol Federasiyası “Yuventus”un xallarını silib

TRT spor xəbər verir ki, Turin klubu bu dəfə 10 xalından məhrum olub.

1989469
İtaliya Futbol Federasiyası “Yuventus”un xallarını silib

Klub əməkhaqqı hesabatlarının manipulyasiyasına görə bu cəza ilə üzləşib.

Bu cəzanın ardından komanda 2-ci sıradan 7-ci pilləyə düşüb. Turinlilərin hesabında hazırda 59 xal var.

Xatırladaq ki, daha əvvəl İtaliya Futbol Federasiyası maliyyə fırıldağına görə bu komandanın 15 xalını silmişdi. Amma ötən ay həmin silinmiş xalların müvəqqəti olaraq bərpa olunduğu açıqlanmışdı.

 



Әlaqәli Xәbәrlәr